AZ

Avropa ölkələri müstəqilliklərini itirib - Bəqayi

Avropa ölkələri müstəqilliklərini itiriblər. Onlar ABŞ Prezidenti Donald Trampın İranın nüvə proqramı ilə bağlı siyasətini kor-koranə dəstəkləməklə məşğuldurlar.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi deyib:

“Avropalılar Trampın dediyini edirlər. Avropanın xarici siyasət liderlərinin nüvə siyasətini yada salın: Xavyer Solana, Keti Eşton, Federika Moqerini və Jozep Borrell İran və ABŞ arasında körpü olmağa çalışırdılar. Onlar sübut etməyə çalışırdılar ki, danışıqlarda avropalı tərəfdaşdırlar. İndi Avropa vasitəçilik rolunu itirib. Bu rolu ABŞ-yə təhvil vermələri tamamilə məsuliyyətsizlikdir”.

Bəqayi BMT Təhlükəsizlik Şurasının Tehrana qarşı sanksiyalarını yeniləyəcəyi təqdirdə İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxa biləcəyini vurğulayıb.

Seçilən
2
1
axar.az

10Mənbələr