AZ

Avropa İttifaqı İrana qarşı sanksiyaları bərpa edə bilər

Fransanın Avropa və xarici işlər üzrə naziri Jan-Noel Barro Aİ-nin Tehrana qarşı birtərəfli sanksiyaları yenidən tətbiq edə biləcəyini açıqlayıb.

Sitat.info xəbər verir ki, nazirin sözlərinə görə, əgər yaxın 30 gün ərzində İranın nüvə proqramı ilə bağlı danışıqlar nəticəsiz qalsa, BMT Təhlükəsizlik Şurasının sanksiyalarının da bərpa olunacağı istisna deyil. Bu halda, Avropa İttifaqı da məhdudlaşdırıcı addımlara qoşulacaq.

Qeyd edək ki, Tehran və Qərb arasında nüvə anlaşması ilə bağlı gərginlik son aylarda daha da artıb. ABŞ və Avropa tərəfi İranı öhdəlikləri pozmaqda ittiham edir, İran isə qarşı tərəfi sazişi yerinə yetirməməkdə günahlandırır.

Seçilən
94
34
sitat.info

10Mənbələr