BAKI, 30 avqust. TELEQRAF
İspaniya milli komandasının DÇ-2026-nın seçmə mərhələsinin növbəti oyunları üçün heyəti bəlli olub.
Teleqraf xəbər verir ki, baş məşqçisi Luis de La Fuentenin siyahısında 13 klubdan 26 futbolçu yer alıb.
Milli komandada ən böyük təmsilçilik “Barselona”dandır (7). “Atletik” və “Arsenal”dan 3, “Real Madrid”, “Komo” və “Real Sosyedad”dan 2, digər klublardan isə 1 oyunçu yığmaya çağırılıb.
Qapıçılar: Unay Simon (“Atletik”), David Raya (“Arsenal”), Aleks Remiro (“Real Sosyedad”);
Müdafiəçilər: Pedro Porro (“Tottenhem”), Dani Karvaxal, Din Huysen (hər ikisi “Real Madrid”), Robin Le Norman (“Atletiko Madrid”), Pau Kubarsi (“Barselona”), Dani Vivian (“Atletik”), Mark Kukurelya (“Çelsi”), Aleks Qrimaldo (“Bayer”);
Yarımmüdafiəçilər: Martin Zubimendi, Mikel Merino (hər ikisi “Arsenal”), Rodri (“Mançester Siti”), Fabian Ruis (PSJ), Qavi, Pedri, Daniel Olmo, Fermin Lopes (hamısı "Barselona");
Hücumçular: Alvaro Morata, Xesus Rodriges (hər ikisi “Komo”), Lamin Yamal, Ferran Torres (hər ikisi “Barselona”), Niko Uilyams (“Atletik”), Yeremi Pino (“Vilyarreal”), Mikel Oyarsabal (“Real Sosyedad”).
Xatırladaq ki, İspaniya komandası DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstan (4 sentyabr) və Türkiyə (7 sentyabr) yığmaları ilə qarşılaşacaq. Hər iki qarşılaşma səfərdə olacaq.