AZ

Türkiyə İspaniya ilə qarşılaşır – Dünya Kuboku seçmə mərhələsi

2026-cı il FIFA Dünya Kubokunun Avropa zonası üzrə seçmə oyunlarının E qrupunda ikinci turun matçında Türkiyə milli komandası İspaniyanı qəbul edir.

Musavat.com xəbər verir ki, qarşılaşma Konya MEDAŞ Böyükşəhər Stadionunda keçirilir. Oyunu İngiltərə Futbol Federasiyasından hakim Maykl Oliver idarə edir.

Matçın ilk hissəsində üstünlük tamamilə ispanların tərəfində olub. İspaniya millisi fasiləyə 3:0 hesabı ilə yollanıb. Qolları Pedri və Mikel Merino (2 dəfə) vurub.

Türkiyə yığmasının bir neçə təhlükəli hücumu olsa da, qapıçı Unai Simon və dirəklər hesabın dəyişməsinə imkan verməyib. Kerem Aktürkoğlu və Kenan Yıldız fərqlənməyə yaxın olsalar da, fürsətləri dəyərləndirə bilməyiblər.

İspaniya millisində isə Nico Uilyams zədələnərək oyunu yarımçıq tərk edib. Onun əvəzinə Ferran Torres meydana daxil olub.

Hazırda ikinci hissə davam edir və baş məşqçi Vincenzo Montella dəyişikliklər edərək komandasını oyuna qaytarmağa çalışır. 

 

Musavat.com

Seçilən
3
9
musavat.com

10Mənbələr