AZ

Türkiyə 71 ildən sonra uğurunu təkrar edə biləcəkmi?

ain.az bildirir, Idman.biz portalına istinadən.

Türkiyə milli futbol komandası FIFA 2026 Dünya Çempionatının seçmə mərhələsinin E qrupunda ikinci matçında İspaniyanı Konyada qəbul edəcək.

İdman.biz bildirir ki, Konya Böyükşəhər Stadionunda saat bu gün saat 22:45-də başlayacaq matçı İngiltərədən Maykl Oliver idarə edəcək. Oliverə Stüart Bört və Ceyms Meynvarinq kömək edəcəklər.

İki ölkə arasında keçirilən matçlarda İspaniyanın üstünlüyü var. Türkiyə və İspaniya 11 dəfə üz-üzə gəlib, 6 oyunda ispanlar qalib gəliblər. Dörd qarşılaşma heç-heçə ilə qurtarıb, Türkiyə isə bir dəfə rəqibini məğlub edib.

Türkiyə milli futbol komandası 1954-cü ildə öz meydançasında Dünya Çempionatının seçmə mərhələsində tarixində ilk və sonuncu dəfə İspaniyanı 1:0 hesabı ilə məğlub edib. Həmin seçmə mərhələsində tərəflərin hər biri 1 qələbə qazanıb, 1 oyun isə heç-heçə bitdikdəndən sonra Türkiyə püşkatma nəticəsində dünya çempionatına vəsiqəni təmin edib.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
9
icma.az

10Mənbələr