AZ

Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsinə məğlubiyyətlə başlayıb YENİLƏNİB 4

Reykyavik, 6 sentyabr, AZƏRTAC

Futbol üzrə Azərbaycan milli komandası 2026-cı il dünya çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb.

AZƏRTAC xəbər verir ki, Fernandu Santuşun başçılıq etdiyi kollektiv D qrupunun ilk oyununda İslandiya yığmasının qonağı olub. Reykyavikdəki "Lauqardalsvöllur" stadionunda oynanılan qarşılaşma rəqibin 5:0 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin heyətində qolları Viktor Palsson, İsak Yohannesson (2), Albert Qudmundsson və Daniel Leo Qretarssonn vurublar.

Qeyd edək ki, Azərbaycan millisi qrupda ikinci oyununu sentyabrın 9-da Bakıda Ukrayna yığmasına qarşı keçirəcək.

23:58

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Reykyavik şəhərində keçirilən İslandiya - Azərbaycan oyununda ikinci qol vurulub.

AZƏRTAC xəbər verir ki, meydan sahibləri növbəti dəfə fərqləniblər - 2:0.

İsak Yohannesson 47-ci dəqiqədə yığmamızın qapısına yol tapıb.

23:47

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Reykyavik şəhərində keçirilən İslandiya - Azərbaycan oyununda ikinci hissə başlayıb.

AZƏRTAC xəbər verir ki, ilk hissədən sonra hesab meydan sahiblərinin xeyrinədir - 1:0.

Yeganə qolu 45+2-ci dəqiqədə Viktor Palsson vurub.

23:35

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Reykyavik şəhərində keçirilən İslandiya - Azərbaycan oyununda ilk hissə başa çatıb.

AZƏRTAC xəbər verir ki, yığmamız fasiləyə 0:1 hesabı ilə məğlub yollanıb. Rəqibin heyətində qolu 45+2-ci dəqiqədə Viktor Palsson vurub.

Qeyd edək ki, qarşılaşmanı niderlandlı FIFA referisi Sander van der Eyk idarə edir.

22:45

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Reykyavik şəhərində keçirilən İslandiya - Azərbaycan oyunu başlayıb.

AZƏRTAC xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 22:45-də start götürüb.

Qarşılaşmanı niderlandlı FIFA referisi Sander van der Eyk idarə edir.

Seçilən
14
9
azertag.az

10Mənbələr