Bakı. Trend:
Ötən həftə ərzində “Azeri LT CIF”, “Azeri Light FOB Ceyhan”markalı xam neftin orta qiymətlərində artım, “Urals” (EX NOVO) və“Dated Brent”də isə azalma qeydə alınıb.
Trend xəbərverir ki, Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında hasil edilən"Azeri Light CIF" markalı xam neftin orta qiyməti əvvəlki həftə iləmüqayisədə 0,57 ABŞ dolları və ya 0,8% artaraq 69,49 dollar/bareltəşkil edib.
Dövr ərzində bu markalı xam neftin maksimum qiyməti 69,74dollar/barel, minimum isə 69,30 dollar/barel olub.
Ötən həftə ərzində Türkiyənin Ceyhan limanında FOB bazasıəsasında "Azeri Light" markalı xam neftin orta qiyməti 67,98dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən0,6 ABŞ dolları və ya 0,9% çoxdur. Sözügedən dövr ərzində bumarkalı xam neftin maksimal qiyməti 68,24 dollar/barel, minimum isə67,76 dollar/barel olub.
URALS markalı xam neftin orta qiyməti əvvəlki həftə iləmüqayisədə 0,54 ABŞ dolları və ya 1% artaraq 56,14 dollar/bareltəşkil edib. Ötən həftə ərzində URALS neftinin maksimal qiyməti56,62 dollar/barel, minimum isə 55,81 dollar/barel olub.
Ötən həftə ərzində “Dated Brent” markalı neftin orta qiymətiəvvəlki həftə ilə müqayisədə 0,22 dollar və ya 0,3% ucuzlaşaraq,67,50 dollar/barelə bərabər olub. Bu həftənin yekunlarına görə,“Dated Brent” neftinin maksimal qiyməti 67,85 dollar/barel, minimumisə 67,27 dollar/barel təşkil edib.
Neftin növü / tarix | 25.08.2025 | 26.08.2025 | 27.08.2025 | 28.08.2025 | 29.08.2025 | Orta qiymət |
Azeri LT CIF | - | $69,30 | $69,61 | $69,31 | $69,74 | $69,49 |
Azeri Light FOB Ceyhan | - | $67,76 | $68,10 | $67,81 | $68,24 | $67,98 |
Urals (EX NOVO) | - | $55,81 | $55,91 | $56,22 | $56,62 | $56,14 |
Dated Brent | - | $67,44 | $67,27 | $67,45 | $67,85 | $67,50 |