AZ

Azərbaycan neft qiymətlərinin həftəlik icmalı

BAKI, TurkicWorld

Bu həftə ərzində "Azeri LT CIF", "Azeri Light FOB Ceyhan", Urals" (EX NOVO) və "Dated Brent" markalı xam neftin orta qiymətlərində artım qeydə alınıb.

TurkicWorld xəbər verir ki, Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında hasil edilən "Azeri Light CIF" markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 0,23 ABŞ dolları və ya 0,33% artaraq 69,72 dollar/barel təşkil edib.

Dövr ərzində bu markalı xam neftin maksimum qiyməti 71,25 dollar/barel, minimum isə 67,48 dollar/barel olub.

Bu həftə ərzində Türkiyənin Ceyhan limanında FOB bazası əsasında "Azeri Light" markalı xam neftin orta qiyməti 68,25 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 0,27 ABŞ dolları və ya 0,4% çoxdur. Sözügedən dövr ərzində bu markalı xam neftin maksimal qiyməti 69,76 dollar/barel, minimum isə 66,01 dollar/barel olub.

URALS markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 0,37 ABŞ dolları və ya 0,66% artaraq 56,51 dollar/barel təşkil edib. Bu həftə ərzində URALS neftinin maksimal qiyməti 58,01 dollar/barel, minimum isə 54,33 dollar/barel olub.

Bu həftə ərzində "Dated Brent" markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 0,25 dollar və ya 0,37% bahalaşaraq, 67,75 dollar/barelə bərabər olub. Bu həftənin yekunlarına görə, "Dated Brent" neftinin maksimal qiyməti 69,43 dollar/barel, minimum isə 65,36 dollar/barel təşkil edib.

Neftin növü / tarix

01.09.2025

02.09.2025

03.09.2025

04.09.2025

05.09.2025

Orta qiymət

Azeri LT CIF

$70,54

$71,25

$69,88

$69,47

$67,48

$69,72

Azeri Light FOB Ceyhan

$69,06

$69,76

$68,40

$68,00

$66,01

$68,25

Urals (EX NOVO)

$57,47

$58,01

$56,52

$56,21

$54,33

$56,51

Dated Brent

$68,91

$69,43

$67,71

$67,32

$65,36

$67,75

Seçilən
89
9
turkic.world

10Mənbələr