Bakı. Trend:
Bu həftə ərzində “Azeri LT CIF”, “Azeri Light FOB Ceyhan”,Urals” (EX NOVO) və “Dated Brent” markalı xam neftin ortaqiymətlərində artım qeydə alınıb.
Trend xəbərverir ki, Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında hasil edilən"Azeri Light CIF" markalı xam neftin orta qiyməti əvvəlki həftə iləmüqayisədə 0,23 ABŞ dolları və ya 0,33% artaraq 69,72 dollar/bareltəşkil edib.
Dövr ərzində bu markalı xam neftin maksimum qiyməti 71,25dollar/barel, minimum isə 67,48 dollar/barel olub.
Bu həftə ərzində Türkiyənin Ceyhan limanında FOB bazası əsasında"Azeri Light" markalı xam neftin orta qiyməti 68,25 dollar/bareltəşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 0,27 ABŞdolları və ya 0,4% çoxdur. Sözügedən dövr ərzində bu markalı xamneftin maksimal qiyməti 69,76 dollar/barel, minimum isə 66,01dollar/barel olub.
URALS markalı xam neftin orta qiyməti əvvəlki həftə iləmüqayisədə 0,37 ABŞ dolları və ya 0,66% artaraq 56,51 dollar/bareltəşkil edib. Bu həftə ərzində URALS neftinin maksimal qiyməti 58,01dollar/barel, minimum isə 54,33 dollar/barel olub.
Bu həftə ərzində “Dated Brent” markalı neftin orta qiymətiəvvəlki həftə ilə müqayisədə 0,25 dollar və ya 0,37% bahalaşaraq,67,75 dollar/barelə bərabər olub. Bu həftənin yekunlarına görə,“Dated Brent” neftinin maksimal qiyməti 69,43 dollar/barel, minimumisə 65,36 dollar/barel təşkil edib.
Neftin növü / tarix | 01.09.2025 | 02.09.2025 | 03.09.2025 | 04.09.2025 | 05.09.2025 | Orta qiymət |
Azeri LT CIF | $70,54 | $71,25 | $69,88 | $69,47 | $67,48 | $69,72 |
Azeri Light FOB Ceyhan | $69,06 | $69,76 | $68,40 | $68,00 | $66,01 | $68,25 |
Urals (EX NOVO) | $57,47 | $58,01 | $56,52 | $56,21 | $54,33 | $56,51 |
Dated Brent | $68,91 | $69,43 | $67,71 | $67,32 | $65,36 | $67,75 |