AZ

7 ayda 21,8 milyon dollarlıq mis məmulatları ixrac edilib

Bu ilin yanvar-iyul aylarında ölkədən 21,8 milyon ABŞ dolları dəyərində 2,8 min tondan çox mis və ondan hazırlanan məmulatlar ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 24,5 faiz və ya təqribən 4,3 milyon dollar, həcm baxımından isə 12,8 faiz və ya 325 ton çoxdur.

Ümumilikdə cari ilin ilk yeddi ayında ölkədən dəyəri 1,86 milyard dollardan çox Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2024-cü ilin müvafiq göstəricisini 18,1 faiz üstələyir. Hesabat dövründə mis və ondan hazırlanan məmulatlar ixracının xüsusi çəkisi 1,17 faizə bərabər olub.

Seçilən
27
4
vergiler.az

8Mənbələr