AZ

İsrail Prezidenti Vatikanda Roma Papası ilə görüşəcək

İsrail Prezidenti İsaak Hersoq Papa XIV Leo ilə görüşmək üçün bu gün Vatikana yola düşəcək.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Hersoqun dəftərxanasından məlumat verilib.

 

"Müqəddəs Taxtın təşəbbüsü ilə həyata keçirilən birgünlük səfər Qəzzadakı girovların geri qaytarılması səylərinə, dünya miqyasında antisemitizmlə mübarizəyə və Yaxın Şərqdəki xristian icmalarının müdafiəsinə həsr olunub", - məlumatda bildirilib.

 

Məlumatda o da xatırladılıb ki, Hersoq mayda yeni Roma Papasının andiçmə mərasimində iştirak edib.

Seçilən
22
5
senzor.az

7Mənbələr