"Neftçi" klubu AFFA-nın İntizam Komitəsinin qərarı ilə bağlı Apellyasiya Arbitraj Tribunalına apellyasiya şikayəti ünvanlayıb.
Offsideplus.az xəbər verir ki, İntizam Komitəsinin bugünkü iclasında qəbul edilən qərara əsasən, Misli Premyer Liqasının III turu çərçivəsində “Neftçi” – “Turan Tovuz” (0:1) oyununun 55-ci dəqiqəsində birbaşa qırmızı vərəqə almış İqor Ribeyro 3 oyun cəzalandırılıb. Klub isə 3000 manat cərimə ödəməli olacaq.
"Ağ-qaralar"ın sosial şəbəkə hesabında paylaşım edilərək, bu qərarın apellyasiyaya verildiyi bəyan olunub:
“Neftçi” PFK olaraq bu qərarı ağır hesab edirik. Bu səbəbdən İntizam Komitəsinin qərarından Apellyasiya Arbitraj Tribunalına klubumuz tərəfindən apellyasiya şikayəti ünvanlanıb".