AZ

"Neftçi" AFFA-nın qərarından narazı qaldı

"Neftçi" AFFA-nın İntizam Komitəsinin bugünkü iclasında çıxarılan qərarı ağır hesab edir.

"Football-plus.az" xəbər verir ki, sözügedən qərara əsasən, Misli premyer-liqasının 3-cü turunun “Neftçi” – “Turan Tovuz” oyununun 55-ci dəqiqəsində birbaşa qırmızı vərəqə almış "Neftçi"nin futbolçusu İqor Ribeyro 3 oyun cəzalandırılıb, klub isə 3000 manat cərimə edilib.

Klubdan bildirilib:
"“Neftçi” olaraq bu qərarı ağır hesab edirik. Bu səbəbdən İntizam Komitəsinin qərarından Apellyasiya Arbitraj Tribunalına klubumuz tərəfindən apellyasiya şikayəti ünvanlanıb".
Seçilən
15
10
football-plus.az

10Mənbələr