AZ

“Neftçi” AFFA-nın qərarına ETİRAZ EDİR

"Neftçi" PFK AFFA-nın İntizam Komitəsinin bugünkü iclasında çıxarılan qərarı ağır hesab edir.

Bizim.Media xəbər verir ki, sözügedən qərara əsasən, Misli Premyer Liqasının 3-cü turunun “Neftçi” – “Turan Tovuz” oyununun 55-ci dəqiqəsində birbaşa qırmızı vərəqə almış "Neftçi" PFK-nın futbolçusu İqor Ribeyro 3 oyun cəzalandırılıb, klub isə 3000 manat cərimə edilib.


"Neftçi” PFK olaraq bu qərarı ağır hesab edirik.

Bu səbəbdən İntizam Komitəsinin qərarından Apellyasiya Arbitraj Tribunalına klubumuz tərəfindən apellyasiya şikayəti ünvanlanıb", - klubdan bildirilib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
19
10
bizim.media

10Mənbələr