AZ

Biləsuvarda ağır yol qəzası: Ölən və yaralananlar var

Biləsuvarda ölümlə nəticələnən avtoqəza olub.

Teleqraf-ın cənub bürosu xəbər verir ki, hadisə Bakı-Astara magistralının Biləsuvar rayonundan keçən hissəsindəbaş verib.

Məlumata görə, iki minik avtomobili və bir yük maşını toqquşub. İlkin məlumata əsasən, qəza nəticəsində bir nəfər ölüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan 3 nəfər isə təcili tibbi yardım maşınları ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yaralananların Cəlilabad rayon sakinləri olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Seçilən
91
5
teleqraf.com

10Mənbələr