AZ

Biləsuvarda baş verən qəzada ölən və xəsarət alanlar var

Biləsuvarda iki minik və bir yük avtomobili toqquşub.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə hadisə köhnə Bakı-Astara magistralının Biləsuvar rayonundan keçən hissəsində baş verib.

İki minik və bir yük avtomobilinin toqquşması nəticəsində ilkin məlumata görə bir nəfər ölüb, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya hospitalizasiya olunub.

Yaralananların Cəlilabad rayon sakinləri olduqları bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Seçilən
62
4
sherg.az

10Mənbələr