AZ

Biləsuvarda baş verən qəzada ölən və xəsarət alanlar var

Biləsuvarda iki minik və bir yük avtomobili toqquşub.

 Sitat.info xəbər verir ki, hadisə köhnə Bakı-Astara magistralının Biləsuvar rayonundan keçən hissəsində baş verib.

İki minik və bir yük avtomobilinin toqquşması nəticəsində ilkin məlumata görə bir nəfər ölüb, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya hospitalizasiya olunub.

Yaralananların Cəlilabad rayon sakinləri olduqları bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
83
4
sitat.info

10Mənbələr