AZ

Taleh Qaraşov kənd sakinlərinin müraciətlərini dinlədi - FOTOLAR

Sentyabrın 3-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov növbəti səyyar görüş-qəbulunu qrafikə uyğun olaraq ucqar dağ kəndlərindən olan Günəhir, Türkəncil və Qodəsə kəndlərinin sakinləri ilə keçirib.

"Unikal" xəbər verir  ki, səyyar görüş-qəbulda şəhər İcra hakimiyyəti aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların və xidmət sahələrinin rəhbər işçiləri də iştirak ediblər.

Lənkəran ŞİH başçısı Taleh Qaraşov cənab Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq vətəndaşların bütün müraciətlərinə həssaslıqla yanaşıldığını, dərindən təhlil edildiyini, qaldırılan məsələlərin ümumiləşdirilərək həlli üçün uyğun mexanizmlər və təkliflər irəli sürüldüyünü bildirib. Taleh Qaraşov dağ kəndlərinin əhalisinin qış aylarında istiliklə təminatına toxunaraq bildirib ki, oduncaqla təminat üçün aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlanıb və əvvəlki illərdə olduğu kimi cari ildə də sözügedən məsələ onun şəxsi nəzarətində olmaqla heç bir problem yaşanmayacaq.

İcra başçısı səyyar görüş zamanı əhalinin həssas təbəqələri tərəfindən qaldırdıan və yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin yerindəcə həlli istiqamətində göstərişlərini verib,  səlahiyyətli şəxslərə digər məsələlər barədə aidiyyəti qurumlara rəsmi müraciətlərin ünvanlanması və nəticəsi barədə vətəndaşlara məlumat verilməsini tapşırıb.

Günəhir, Türkəncil və Qodəsə kəndlərinin sakinləri sərbəst şəkildə fikir və istəklərini söyləyə bildikləri üçün yaradılan şəraitdən məmnun qalıblar. Yerli sakinlər  dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sosial müdafiə və aktiv məşğulluq proqramlarının uğurla davam etdirilməsi, habelə əhəmiyyətli dərəcədə genişlənməsi və sosial təminat sisteminin dəfələrlə güclənməsi istiqamətindəki fəaliyyətlərinə görə onlara minnətdarlıqlarını ifadə ediblər.

 


 

Seçilən
59
4
unikal.az

10Mənbələr