AZ

HƏMAS bütün girovları azad etməyə hazırdır – Bir şərtlə


Fələstinin HƏMAS hərəkatı İsraillə hərtərəfli razılaşma çərçivəsində Qəzza zolağında saxlanılan bütün girovları azad etməyə hazır olduğunu bəyan edib.
Yeniavaz.com
xəbər verir ki, müvafiq bəyanat HƏMAS-ın “Telegram” kanalında dərc olunub.
Bəyanata görə, razılaşma çərçivəsində girovlar müqabilində müəyyən edilmiş sayda fələstinli məhbus azad edilməlidir.
“Bu razılaşma həmçinin Qəzzada müharibənin dayandırılmasını və İsrail qoşunlarının oradan çıxarılmasını əhatə etməlidir”, - bəyanatda bildirilib.
Hərəkat həmçinin təkid edir ki, bu razılaşma ilə anklavla sərhəddəki bütün keçid məntəqələri öz işini bərpa etməli və onun yenidən qurulması işlərinə başlanmalıdır.
Qeyd edək ki, HƏMAS-ın bəyanatı ABŞ Prezidenti Donald Trampın HƏMAS-ı bütün girovları azad etməyə çağırmasından bir qədər sonra verilib.
Seçilən
25
1
yeniavaz.com

10Mənbələr