AZ

HƏMAS bütün girovları azad etməyə hazırdır

HƏMAS bütün girovları azad etməyə hazırdır

HƏMAS hərəkatı İsraillə anklavda hərbi əməliyyatların tamamilə dayandırılmasını nəzərdə tutan hərtərəfli saziş çərçivəsində Qəzza zolağında saxlanılan bütün girovları azad etməyə hazır olduğunu açıqlayıb.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, müvafiq bəyanat radikalların Telegram kanalında dərc olunub.

“HƏMAS təsdiq edir ki, hərtərəfli razılaşmanın həyata keçirilməsi istiqamətində irəliləməyə hazırdır. Onun çərçivəsində razılaşdırılmış sayda fələstinli məhbus müqabilində bütün girovları azad edəcək. Bu razılaşma həmçinin Qəzzada müharibənin dayandırılmasını və İsrail qoşunlarının oradan çıxarılmasını da əhatə etməlidir”, - deyə bəyanatda bildirilir. Hərəkat həmçinin israr edir ki, sazişin bağlanması ilə anklavla sərhəddəki bütün keçid məntəqələri öz işini bərpa etməli və onun yenidən qurulması işlərinə başlanmalıdır.

Radikallar vurğulayıblar ki, onlar Qəzzada texnokratların müstəqil hökumətinin yaradılmasına razıdırlar və bu hökumət yaradıldıqdan dərhal sonra öz səlahiyyətlərinə keçəcək.

Seçilən
13
2
afn.az

10Mənbələr