ABŞ artıq Asiya-Sakit okean regionunda hegemon mövqeyini itirib. Bu barədə “Bloomberg” yazıb.
Agentlik qeyd edir ki, Çin Xalq Azadlıq Ordusunun Hərbi Dəniz Qüvvələri sayca ABŞ Donanmasını geridə qoyub.
Pekin sürətlə yeni təyyarə, raket və digər hərbi texnika istehsal edir və bu güc 3 sentyabrda keçirilən hərbi paradda nümayiş etdirilib.
“Bloomberg” əlavə edir ki, ABŞ-nin müttəfiqləri Vaşinqtonu etibarlı tərəfdaş hesab etmirlər.
Donald Trampın prezidentliyi dövründə Avstraliya və Yaponiya bir-birinə yaxınlaşıb və indi ikitərəfli əməkdaşlığa üstünlük verirlər.
N.Təbrizli