PSJ-nin daha bir futbolçusu – yarımmüdafiəçi Dezire Due də Fransa milli komandasının düşərgəsində ciddi zədə ilə üzləşib.
Arena.az xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində qarşılaşdıqları Ukrayna ilə səfər matçında (2:0) sıradan çıxıb.
Fransa mətbuatının yazdığına görə, Due təxminən bir ay yaşıl meydanlardan kənarda qalacaq. Onun ən yaxşı halda oktyabrın əvvəlində sıraya dönməsi ehtimal edilir.
Xatırladaq ki, Dezire Duedən öncə Fransa millisinin və PSJ-nin cinah hücumçusu Usman Dembelenin də uzun müddətə sıradan çıxdığı bəlli olmuşdu. Ukrayna ilə oyunda zədələnmiş fransalı futbolçunun durumu ciddidir. Arxa bud əzələsindən zədə almış PSJ-nin vingeri 6 həftə meydana çıxa bilməyəcək. Bu isə o deməkdir ki, 28 yaşlı futbolçu oktyabrın 10-da Azərbaycan millisinə qarşı keçirəcəkləri seçmə mərhələ oynununu buraxmalı olacaq.
Oktyabrın 10-da Parisdəki “Park de Prens” stadionunda keçiriləcək Fransa – Azərbaycan matçına Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.