AZ

Tramp: Rusiya-Ukrayna məsələsini həll edəcəyik

Vaşinqton, 8 sentyabr, AZƏRTAC

Biz Rusiya-Ukrayna məsələsini həll edəcəyik.

AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.

Dövlət başçısı buna əmin olduğunu bildirib. “Biz bu münaqişəni həll edəcəyik. Mən 7 münaqişəni yoluna qoymuşam, onların bir çoxu mümkün deyildi. Münaqişənin biri 31 il çəkdi, 10 milyon insan öldü. Biri 34 il oldu, 8 milyon insan öldürüldü. Konqo və Ruanda 9 milyon insan itirdi. Hamısı həll olundu. Hamı xoşbəxtdir. Putinə görə mən bu məsələnin həllinin ən asan olacağını düşünürdüm, amma olmadı. Lakin biz bunu həll edəcəyik”,- deyə Tramp vurğulayıb.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
10
3
azertag.az

10Mənbələr