ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə yaxın günlərdə danışacağını gözləyir.
Musavat.com xəbər verir ki, bunu prezident Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərə deyib. Ondan Putinlə növbəti telefon danışığını nə vaxt etmək istədiyi soruşulub: "Çox yaxında. Yaxın bir neçə gündə".
“Biz bunu bacaracağıq”, - deyə Tramp Ukrayna münaqişəsinin həllindən danışarkən vurğulayıb: "Rusiya və Ukrayna ilə bütün bu vəziyyət. Biz bunu bacaracağıq. Əminəm ki, biz bunu edəcəyik".
Musavat.com