AZ

Çox yaxında Putinlə danışacam - Tramp

ABŞ prezidenti Donald Tramp bildirib ki, yaxın vaxtlarda Rusiya lideri Vladimir Putinlə danışacaq. ABŞ prezidenti Ukrayna ilə Rusiya arasında müharibənin həllini vəd edib.

Modern.az xəbər verir ki, jurnalistlərə açıqlamasında Trmp deyib:

"Çox yaxında, bir neçə gün ərzində Putinlə danışacam. Baxın, biz bunu edəcəyik, Rusiya ilə Ukrayna arasında vəziyyəti nizamlayacağıq. Əminəm ki, biz bunu bacaracağıq", - Ağ Evin rəhbəri bildirib.

Tramp xatırladıb ki, o, bitməsi mümkün olmayan yeddi münaqişəni həll edib.

Onun sözlərinə görə, bir münaqişə 31 il davam edib və 10 milyon insanın ölümünə səbəb olub, digəri isə 34 il, 8 milyon qurbanı olub.

Prezident həmçinin 9 milyon insanın öldüyü “Ruanda ilə birlikdə illərlə davam edən” Konqodakı münaqişəni də nəzərdən qaçırmayıb.

"Hamı yerində oturub, hamı xoşbəxtdir. Mənə görə, Rusiya-Ukrayna nizamlamlanması daha asan olmalı idi. Amma bu baş vermədi, bununla belə biz yenə də razılığa gələcəyik", - Tramp əlavə edib.

Seçilən
9
29
modern.az

10Mənbələr