AZ

Tayyip Talha Sanuç “Beşiktaş”ı “Qaziantep”ə dəyişdi

Türkiyə millisinin və “Beşiktaş” klubunun mərkəz müdafiəçisi Tayyip Talha Sanuç bundan sonra “Qaziantep”in uğurları üçün çalışacaq.

Arena.az bu barədə “qara qartallar”ın mətbuat xidmətinə istinadən xəbər verir.

İstanbul təmsilçisi 25 yaşlı futbolçusunu mövsümün sonunadək icarəyə verib. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb. Bir sözlə, Tayyip 2026-cı ilin 30 iyunundan sonra yenidən “Beşiktaş”ın düşərgəsinə qayıdacaq. Onun İstanbul klubu ilə 2027-ci ilin 30 iyununadək müqaviləsi mövcuddur.

Xatırladaq ki, Tayyip Talha Sanuç 2022-ci ilin sentyabr ayında “Adana Dəmirspor”dan 1,5 milyon avro qarşılığında “Beşiktaş”a transfer olunub.

Müdafiəçi cari mövsümdə cəmi 2 oyuna çıxıb. Sanuç İstanbul klubunun heyətində bütövlükdə 52 oyuna çıxıb, 2 qol vurub.

Tayyip daha öncə “Adana Dəmirspor” və “Karabükspor”un da formasını geyinib. Mərkəz müdafiəçisi Türkiyə milli komandasında da 1 oyun keçirib.

error: Məzmun qorunur!
Seçilən
47
5
arena.az

10Mənbələr