AZ

Çətənə kollarının kultivasiyası ilə məşğul olan qadın saxlandı


Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Çinarə Astanova saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, həmin şəxsdən satış məqsədi ilə qablaşdırılmış 3 kiloqram marixuana, eləcə də kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkarlanaraq götürülüb.

Faktla bağlı Saatlı RPŞ-də cinayət işi başlanılıb. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

ZÜMRÜD

Seçilən
31
12
baki-xeber.com

10Mənbələr