AZ

Saatlıda çətənə yetişdirən qadın TUTULDU

Saatlı rayonunda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Çinarə Astanova saxlanılıb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, həmin şəxsdən satış məqsədi ilə qablaşdırılmış 3 kiloqram marixuana, eləcə də kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkarlanaraq götürülüb.

Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizim.Media

Seçilən
37
12
bizim.media

10Mənbələr