ain.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
Saatlı rayonunda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Çinarə Astanova saxlanılıb.
Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Bildirilib ki, həmin şəxsdən satış məqsədi ilə qablaşdırılmış 3 kiloqram marixuana, eləcə də kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkarlanaraq götürülüb.
Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.