ain.az, Cebheinfo portalına istinadən məlumat verir.
“Bir çox ailələr düşünürlər ki, əllərində pul olduqda onu qızıl ziynət əşyasına çevirmək gələcəyə sərmayədir. Amma bu, böyük bir yanılmadır”.
“Cebheinfo.az” xəbər verir ki, bunu iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.
O bildirib ki, barəsində suallar çoxaldığı üçün bu mövzu kütləvi yanlış düşüncənin formalaşdığı bir istiqamətdir:
“Çünki ziynət qızılının qiyməti bir başqadır, alış qiyməti isə tamam başqa. Məsələn, qızılın bazar qiyməti 1 qram üçün “x” manatdırsa, 3 qramlıq bir sırğa 3x-ə yox, 8x–10x-ə alınır. Çünki burada ustanın əməyi, dizaynı, mağazanın marjası və digər faktorlar var. Sonradan satmaq istədikdə isə sənə yalnız qızılın qram dəyəri üzrə pul, yəni 3x manat verirlər.
Bu halda sən “sərmayə qoymuş” yox, əslində “itki etmiş” olursan. Odur ki, qızıla doğru sərmayə forması zinət əşyaları deyil, xalis külçə, sikkə, birja alətləri və ya onlayn qızıl investisiya məhsullarıdır. Onların alış-satış fərqi minimaldır və real gələcək dəyəri qoruyur. Əlqərəz, qızılı “yaman günün yarağı” kimi dəyərləndirmək o halda olar ki, ona yalnız xalis formada sərmayə edilsin. “Mən özümə sırğa aldım, gələcəyə pul yatırdım” düşüncəsi isə sadəcə illüziyadır, ya da bəzənmək üçün bəhanə”.
Xəzər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.