“Bizdə əksərən qızıl mağazalarında aksesuar kimi satılır. Külçə və ya onluq şəklində satışı isə həm çox azdır, həm də alıcıların tələbinə görə dəyişə bilir. Bundan əlavə, müəyyən məbləğdəki vəsaiti digər sahələrə yatırım edib gəlir əldə etmək daha sərfəlidir, nəinki qızıl. Əvvəla, qızılın alqı və satqısı arasında cüzi fərq var və qiymət artımı bir o qədər də yüksək səviyyədə olmur”. Ekspert Türkiyə təcrübəsindən nümunə göstərib:
“Bu ölkədə qızıla yüksək tələbat var, vətəndaşlar inflyasiyadan qorunmaq məqsədilə qızıla yatırım edirlər. Həmçinin, valyuta sabit deyil, dəyişkəndir. Xarici valyutanın dəyər qazanması qızılın qiymətinə də təsir göstərir. 1 qram qızılı almaq istəyib büdcəsi ona çatmayan vətəndaş alternativ vasitə kimi məbləği xarici valyutaya çevirir, daha sonra məbləği toplayıb o qızılı alır. Çünki bilir ki, alacağı müddətdə qiymət yüksələcək, pulun dəyəri düşəcək”. G.Hüseynova vətəndaşlara tövsiyə edib ki, xarici ölkələrin yatırım vasitəsi və biznes, investisiya mühitini ölkəmizlə müqayisə etməsinlər. Hər ölkənin iqtisadi mühiti fərqli olduğu kimi, investisiya mühiti də fərqlidir.
Sevinc İbrahimzadə / Metbuat.az