AZ

Qızıl almaq sərfəli sərmayədir? İqtisadçı açıqladı

ain.az xəbər verir, Metbuat saytına əsaslanaraq.

Bugünlərdə qızılın qiymətinin artması, onu yalnız zinət əşyası deyil, həm də sərmayə kimi düşünməyə vadar edir. Qızıl, tarixi olaraq etibarlı sərmayə sayılıb, çünki iqtisadi çətinliklərdə belə dəyərini qoruyur. Bəs qızılın hər gün bahalaşdığı bu dövrdə qızıl zinət əşyası almaq gələcəyə sərmayə hesab oluna bilər?

İqtisadçı ekspert Günay Hüseynova Metbuat.az-a açıqlamasında bildirib ki, müxtəlif ölkələrdə qızıl-zinət əşyaları investisiya, gələcəyə yatırım vasitəsi kimi düşünülürsə də, təəssüf ki, Azərbaycan üçün belə deyil:“Bizdə əksərən qızıl mağazalarında aksesuar kimi satılır. Külçə və ya onluq şəklində satışı isə həm çox azdır, həm də alıcıların tələbinə görə dəyişə bilir. Bundan əlavə, müəyyən məbləğdəki vəsaiti digər sahələrə yatırım edib gəlir əldə etmək daha sərfəlidir, nəinki qızıl. Əvvəla, qızılın alqı və satqısı arasında cüzi fərq var və qiymət artımı bir o qədər də yüksək səviyyədə olmur”.

Ekspert Türkiyə təcrübəsindən nümunə göstərib:“Bu ölkədə qızıla yüksək tələbat var, vətəndaşlar inflyasiyadan qorunmaq məqsədilə qızıla yatırım edirlər. Həmçinin, valyuta sabit deyil, dəyişkəndir. Xarici valyutanın dəyər qazanması qızılın qiymətinə də təsir göstərir. 1 qram qızılı almaq istəyib büdcəsi ona çatmayan vətəndaş alternativ vasitə kimi məbləği xarici valyutaya çevirir, daha sonra məbləği toplayıb o qızılı alır. Çünki bilir ki, alacağı müddətdə qiymət yüksələcək, pulun dəyəri düşəcək”.

G.Hüseynova vətəndaşlara tövsiyə edib ki, xarici ölkələrin yatırım vasitəsi və biznes, investisiya mühitini ölkəmizlə müqayisə etməsinlər. Hər ölkənin iqtisadi mühiti fərqli olduğu kimi, investisiya mühiti də fərqlidir.

Sevinc İbrahimzadə / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
2
metbuat.az

10Mənbələr