BAKI, 10 sentyabr. TELEQRAF
"Milli Məclisin payız sessiyasında Əmək Məcəlləsinə dəyişikliklər edilməsi məqsədəuyğun olardı".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə üzvü, deputat Vüqar Bayramov deyib.
O qeyd edib ki, bir sıra ölkələrin Əmək Məcəlləsinə uyğun olaraq işçinin pensiya yaşına çatmasına az qalmış onun işdən azad olunması qadağan edilir:
“Azərbaycanda pensiya yaşına az qalmış vətəndaşların işdən azad edilməsi ilə bağlı qanunvericiliyə müvafiq qayda gətirilməlidir. Bununla həmin kateqoriyaya aid vətəndaşların hüquqları qorunmuş olar”.