AZ

Pensiya yaşına çatmağa yaxınlaşan işçinin işdən azad olunması qadağan oluna bilər

Milli Məclisin payız sessiyasında Əmək Məcəlləsinə dəyişikliklərin edilməsi məqsədəuyğun olardı.

Operativ Media  xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə üzvü, deputat Vüqar Bayramov deyib.

O qeyd edib ki, bir sıra ölkələrin Əmək Məcəlləsinə uyğun olaraq işçinin pensiya yaşına çatmağa az qalmış onun işdən azad olunması qadağan edilir:

“Azərbaycanda pensiya yaşına az qalmış vətəndaşların işdən azad edilməsi ilə bağlı qanunvericiliyə müvafiq qayda gətirilməlidir. Bununla da bu kateqoriyaya aid vətəndaşların hüquqları qorunmuş olacaq”.

Seçilən
26
5
operativmedia.az

7Mənbələr