Milli Məclisin payız sessiyasında Əmək Məcəlləsinə dəyişikliklər edilməsi məqsədəuyğun olardı.
KONKRET.az teleqraf-a istinadla xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə üzvü, deputat Vüqar Bayramov deyib.
O qeyd edib ki, bir sıra ölkələrin Əmək Məcəlləsinə uyğun olaraq işçinin pensiya yaşına çatmasına az qalmış onun işdən azad olunması qadağan edilir:
“Azərbaycanda pensiya yaşına az qalmış vətəndaşların işdən azad edilməsi ilə bağlı qanunvericiliyə müvafiq qayda gətirilməlidir. Bununla həmin kateqoriyaya aid vətəndaşların hüquqları qorunmuş olar”.