ain.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
İsrailin Dohada Həmas siyasi bürosunun üzvlərinə hücumu Yaxın Şərqdə təhlükəsizlik və sabitliyə zərbə vurur.
Redaktor.az xəbər verir ki, bunu BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşündə deyib.
Şeyx Məhəmməd İsrailin təcavüzünün "Qətərin suverenliyinin və bütün beynəlxalq qanunların və normaların pozulması olduğunu" vurğulayaraq, bu cür hərəkətlərin regionun təhlükəsizliyini, sabitliyini və sülh perspektivlərini təhdid etdiyi barədə xəbərdarlıq edib.
Açıqlamaya görə, BƏƏ prezidenti qısa dostluq səfərindən sonra artıq Dohanı tərk edib. O, İsrailin hücumundan sonra Qətərə ölkə hökuməti ilə həmrəylik nümayiş etdirən ilk xarici lider olub.
Aminə ŞAHSUVARQIZI
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.