AZ

Makrondan Qətər əmirinə: İsrailin zərbələri qəbuledilməzdir!

Fransa Prezidenti Emmanuel Makron ilə Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani arasında telefon danışığı olub.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, söhbət zamanı Makron İsrailin Dohaya zərbələrinə baxmayaraq, HƏMAS hərəkatı ilə girovların azad edilməsi istiqamətində danışıqların bərpasının zəruriliyini bildirib.

“Mən ona bu zərbələrin qəbuledilməz olduğunu və onları pislədiyimi bildirdim. Fransanın Qətərin suverenliyinə və təhlükəsizliyinə sadiqliyini xatırlatdım. Ümid edirəm ki, hələ də HƏMAS tərəfindən saxlanılan bütün girovların azad edilməsi və atəşkəs barədə danışıqlar gecikmədən bərpa olunacaq. Qətərin bu istiqamətdə davamlı səylərini yüksək qiymətləndirirəm” - Makron bildirib.

Seçilən
15
1
axar.az

10Mənbələr