AZ

BMT TŞ İsrailin Qətərə endirdiyi zərbələri pisləyib

BMT Təhlükəsizlik Şurası İsrailin Qətərin paytaxtına endirdiyi zərbələri pisləyib və ərəb ölkəsinin suverenliyinə dəstəyini vurğulayıb.

APA xəbər verir ki, bu barədə Böyük Britaniyanın BMT yanında Daimi Nümayəndəliyinin “X” hesabında dərc etdiyi bəyanatında deyilir.

"Təhlükəsizlik Şurasının üzvləri sentyabrın 9-da əsas vasitəçinin ərazisi olan Dohaya endirilən zərbələri pisləyib. Onlar insan tələfatından dərin təəssüf hissi keçiriblər. Təhlükəsizlik Şurasının üzvləri Qətərin ABŞ və Misirlə birlikdə regionda vasitəçilik səylərində oynamağa davam etdiyi kritik rolu dəstəklədiklərini bir daha bəyan ediblər ", - bəyanatda deyilir.

Seçilən
9
43
apa.az

10Mənbələr