AZ

İsrailin bu hücumu bütün regiona təsir edəcək - Nebenzya

İsrailin sentyabrın 9-da Qətərə endirdiyi zərbə təkcə Qəzza zolağındakı vəziyyətə deyil, bütövlükdə Yaxın Şərq regionunun təhlükəsizliyinə də təsir edəcək.

Axar.az xəbər verir ki, bunu İsrailin Dohaya endirdiyi zərbələrlə bağlı BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib.

“Aydındır ki, İsrailin hücumu həm Qəzzadakı, həm də onsuz da dəhşətli olan Yaxın Şərq regionunun təhlükəsizliyi üçün ən ciddi nəticələrə gətirib çıxaracaq", - Nebenzya vurğulayıb.

Seçilən
10
1
axar.az

10Mənbələr