BMT Təhlükəsizlik Şurası (TŞ) İsrailin Dohaya hücumu ilə bağlı fövqəladə iclas keçirir.
Axar.az xəbər verir ki, görüş Əlcəzair, Pakistan və Somalinin müraciəti əsasında təşkil olunub. Görüş tələbi Fransa və Böyük Britaniya tərəfindən dəstəklənib.
İclasda Baş katibin Yaxın Şərq, Asiya və Sakit Okean üzrə köməkçisi Məhəmməd Xalid Xiyari və Qətərin Baş naziri Məhəmməd bin Əbdülrəhman əl-Sani də iştirak edir.
Qeyd edək ki, İsrail sentyabrın 9-da HƏMAS rəhbərliyinin yüksək rütbəli üzvlərini hədəf alaraq Dohanın yaşayış massivindəki binalara hava zərbəsi endirib.