ABŞ vətəndaşları üçün səyahət xəbərdarlığı verilib.
ABŞ-nin Azərbaycandakı Səfirliyi rəsmi hesabında bildirib ki, bəzi ölkələrdə amerikalıların qeyri-qanuni həbs olunma riski yüksəkdir. Siyahıya daxil olan ölkələr: Əfqanıstan, Eritreya, Nikaraqua, Rusiya, Myanma, İran, Şimali Koreya və Venesuela.
ABŞ vətəndaşları səyahət etməzdən əvvəl travel.state.gov saytında yerləşdirilmiş tövsiyələri nəzərdən keçirməli və onlara əməl etməlidirlər. Xəbərdarlığın məqsədi vətəndaşları mümkün risklər barədə öncədən məlumatlandırmaqdır.//Milli.az Dördpendirli pizza
Telegram kanalımız