AZ

AFFA rəsmisi “Bavariya” – “Çelsi” oyununa təyinat aldı - FOTO

AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.

Bu barədə News24.az-a AFFA-dan məlumat verilib. 

 O, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turu çərçivəsində keçiriləcək “Bavariya” (Almaniya) – “Çelsi” (İngiltərə) oyununun UEFA nümayəndəsi olacaq.

Sentyabrın 17-də Münhen şəhərinin eyniadlı stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.


Seçilən
53
26
news24.az

10Mənbələr