AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.
"Football-plus.az" xəbər verir ki, o, Çempionlar Liqasının əsas mərhələsinin 1-ci turu çərçivəsində keçiriləcək “Bavariya” (Almaniya) – “Çelsi” (İngiltərə) oyununun UEFA nümayəndəsi olacaq.
Sentyabrın 17-də Münhen şəhərinin eyniadlı stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 23.00-da başlanacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta