UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turu üzrə keçiriləcək “Bavariya” (Almaniya) – “Çelsi” (İngiltərə) oyununun UEFA nümayəndəsi azərbaycanlı olacaq.
Offsideplus.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Qurumun vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva sözügedən oyunda UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, sentyabrın 17-də Münhen şəhərinin eyniadlı stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.