Bakı. Trend:
“Qazprom-Armeniya” QSC Rusiyadan Ermənistana qaz verilişininmüvəqqəti olaraq dayandırılacağını bəyan edib.
Trend bu barədəErmənistan KİV-ə istinadən xəbər verir.
Şirkətin mətbuat xidmətindən bildirilib ki, qazın verilişinindayandırılması Rusiyanın Stavropol diyarının ərazisindən keçən qazkəmarında planlı təmir işlərinin aparılması ilə əlaqədardır.
Belə ki, Stavropol diyarında “Şimali Qafqaz – Zaqafqaziya”(DU1400) magistral boru kəmərində təmir işləri sentyabrın 16-dansentyabrın 26-a kimi davam edəcək.
“Göstərilən müddət ərzində respublikanın istehlakçılarınınfasiləsiz və etibarlı qaz təchizatı daxili ehtiyatlar və İran İslamRespublikasından idxal olunan əlavə təbii qaz həcmləri hesabına heçbir məhdudiyyət olmadan təmin ediləcək”, - “Qazprom-Armenia”danbildirilib.