Təmir işləri ilə əlaqədar Rusiyadan Ermənistana təbii qazın nəqli 10 gün müddətinə müvəqqəti dayandırılacaq.
Bu barədə “Qazprom Ermənistan” QSC-nin mətbuat xidməti məlumat yayıb.
“Sentyabrın 16-sı saat 09:00-dan sentyabrın 26-sı səhər saat 09:00-dək Rusiya Federasiyasının Stavropol diyarında Şimali Qafqaz – Zaqafqaziya magistral qaz kəmərində (DN 1400) planlı təmir işləri aparılacaq, bununla əlaqədar olaraq bu qaz kəməri ilə Ermənistana təbii qazın nəqli müvəqqəti olaraq dayandırılacaq”, - Telegram kanalında yazıb.
Qeyd olunur ki, qeyd olunan müddət ərzində Ermənistanda daxili ehtiyatlar və İrandan gələn əlavə təbii qaz həcmləri hesabına istehlakçıların qazla fasiləsiz və etibarlı təchizatı məhdudiyyətsiz təmin ediləcək.