Rusiyadan Gürcüstan üzərindən Ermənistana qaz nəqli müvəqqəti olaraq dayandırılacaq. Buna səbəb Rusiyanın Stavropol diyarında yerləşən “Şimali Qafqaz – Zaqafqaziya” qaz kəmərində aparılacaq təmir işləridir.
Musavat.com xəbər verir ki, məlumatı “Qazprom Ermənistan” şirkəti yayıb. Bildirilib ki, təmir prosesi sentyabrın 16-dan 26-dək davam edəcək.
Şirkət əlavə edib ki, bu müddətdə Ermənistanda istehlakçılara qaz təchizatı dayandırılmayacaq – daxili ehtiyatlar və İrandan qaz idxalı hesabına fasiləsiz təminat həyata keçiriləcək.
Musavat.com