AZ

Sabiq mühəndisə Rusiyaya casusluğa görə HƏBS

ABŞ-da 67 yaşlı sabiq mühəndis-sınaqçı Con Myurrey Rou kiçik 10 il 6 ay həbs cəzasına məhkum edilib və 25 min dollar cərimə olunub.

Musavat.com xəbər verir ki, o, Rusiyaya hərbi texnologiya ötürməyə cəhd etməkdə təqsirli bilinib.

Rou ABŞ-ın Cənubi Dakota ştatında yaşayıb və təxminən 40 il müdafiə sənayesi müəssisələrində çalışaraq “məxfi” və “tam məxfi” məlumatlara çıxış imkanı əldə edib.

2020-ci ilin martında o, özünü Rusiya hökumətinin nümayəndəsi hesab etdiyi şəxslə əlaqə qurub. Əslində isə bu şəxs Federal Təhqiqatlar Bürosunun (FBI) əməkdaşı olub. Rou həmin görüşdə ABŞ hökumətinə sadiq olmadığını və Rusiyaya yardım göstərmək istədiyini bildirib.

İlk görüşdə o, ABŞ milli müdafiəsi ilə bağlı məxfi məlumatları, o cümlədən ABŞ qırıcılarında istifadə olunan radioelektron mübarizə sistemlərinin detalları barədə məlumat ötürüb. Daha sonra baş tutan ikinci görüşdə də oxşar şəkildə hərbi sahəyə dair gizli məlumatlar açıqlayıb.

Musavat.com

Seçilən
19
41
musavat.com

10Mənbələr