AZ

Kirkin qətlində şübhəli bilinən şəxsi ölüm cəzası gözləyir

Musavat.com xəbər verir ki, Yuta ştatının prokuroru bildirib ki, 22 yaşlı Tayler Robinson Çarli Kirkin qəsdən qətlində rəsmi olaraq ittiham olunub.

Bu maddə üzrə ölüm cəzası nəzərdə tutulur.

Prokuror əlavə edib ki, Robinsona həmçinin qanunsuz silah dövriyyəsi və ədalət mühakiməsinə maneə törətmək ittihamları da irəli sürülüb.

Məlumata görə, Robinsonu hüquq-mühafizə orqanlarına öz atası təslim edib. Atası respublikaçı baxışlara malik olub, Robinson isə əvvəllər eyni mövqedə dayanmasına baxmayaraq, trans şəxs ilə birlikdə yaşadığı dövrdə demokrat baxışları qəbul edib.

Robinsonun zaminlə azad olunma hüququ olmadan həbsdə saxlanılacağı bildirilib. 

 

Musavat.com

Seçilən
16
41
musavat.com

10Mənbələr