Musavat.com xəbər verir ki, Yuta ştatının prokuroru bildirib ki, Çarli Kirkin qətlində ittiham olunan Tayler Robinson bu cinayətdə iştirakını ömrünün sonunadək gizli saxlamağı planlaşdırıb.
Prokurorun sözlərinə görə, onun Kirkin qətlinə aidiyyəti olmasından ilk şübhələnən şəxs anası olub.
Robinsona rəsmi ittihamın çərşənbə axşamı, onun ilk dəfə məhkəmə qarşısına çıxacağı zaman elan ediləcəyi gözlənilir.
Musavat.com